“Planetin ən pis adamı” rinqlərlə geri qayıtdı

Bakı, 20 iyun, Sporaz.tv

Dəmir Tyson noyabrın 15-də YouTuberə çevirlmiş peşəkar boksçu Jake Paulla qarşılaşacaq.

Sporaz.tv təqdim edir:
Döyüş ABŞ-nin Texas ştatının Arlington şəhərindəki AT&T rinqində keçiriləcək.
Jake Paul Yutubda məşhurlaşan gənc boksçudur. Boksa sonradan başlamasına baxmayaraq, özünü sübut etməyi bacardı. Poul məşhur boksçulara meydan oxuyur. Tyron Woodley, Nate DiazAnderson Silvanı rinqdə nakaut edib.


Noyabrın 15-də isə Mike Tyson ilə qarşılaşacaq. 2 dəqiqəlik 8 raundan ibarət olan matç, rəsmi qeydiyyata alınacaq. Paul 27 yaşında gənc və həvəslidir. Mike isə 57 yaşında, yaşıdlarına nisbətən olduqca formadadır. Matçda Jakein gəncliyi ilə Mikenin təcrübəsi yarışacaq. Qalibin kim olacağı maraq doğurur. Matç canlı Neflixdə yayımlanacaq.


Sizcə, qalib kim olacaq? Qoca qurd Tyson yoxsa, gənc Paul?

Bahar Rüstəm