“Persepolis” İran Super liqasının çempionu

Bakı, 1 iyun , Sporaz.tv

İran Super liqasında Tehranın “Persepolis” və “İstiqlal” komandaları arasında çempionluq yarışında “Persepolis” qalib gəlib.

Sporaz.tv xəbər verir ki,  Liqanın son həftəsinə 1 xallıq fərqlə daxil olan Persepolis, Azadi Stadionunda Mes Rəfsancanla qarşılaşmada gürcü futbolçu Giorgi Qvelesianinin 85-ci dəqiqədə vurduğu qolla 1-0 qalib gəlib.

“Persepolis” mövsümü 68 xalla çempion kimi başa vurub.

Səfərdə “Peykan”a 2:0 hesabı ilə qalib gələn “İstiqlal” 67 xalla liqanı 2-ci pillədə başa vurub.

Vüqar ALIŞOV