Pepe “Trabzonspor”la vidalaşıb

Bakı, 27 may, Sporaz.tv

Fil Dişi Sahilinin futbolçusu Nicolas Pépé sosial media hesabından verdiyi açıqlamada “Trabzonspor“la vidalaşdığını bildirib.

Sporaz.tv xəbər verir ki, Pepe vida mesajında ​​“Bir mövsümün sonuna gəldik. Bütün dəstəyiniz üçün təşəkkür edirəm“.

Təcrübəli sağ cinah oyunçusu “Trabzonspor” forması ilə 23 matçda 6 qol vurub.

Vüqar ALIŞOV