Bakı, 11 noyabr, Sporaz.tv
Pep Guardiolanın “Manchester City“(Mançester Siti)-də çətin günlər keçirir. Son 4 matçda məğlub olan ispan məşqçi, məşqçilik karyerasında ilk dəfə ardıcıl 4 məğlubiyyət alıb.
Sporaz.tv mnınəlumat verir ki, “Manchester City”, son həftələr azarkeşlərini məyus edir. Pep Guardiola çalışdırdığı İngiltərə yığması son 4 matçda məğlub olub. “Manchester City”, bu müddətdə İngiltərə Liqa Kubokunda ilk məğlubiyyətini alıb.
“City”, “Tottenham”-a 2:1 hesabı ilə uduzdu və kubokdan kənarlaşdırılıb. Guardiolanın komandası Premyer Liqada “Bornemouth”-a eyni hesabla uduzub. “Manchester City”, həftə ərzində Çempionlar Liqasında ağır məğlubiyyətlə üzləşib.
İngiltərə nəhəngi “Sporting”-ə 4:1 hesabı ilə məğlub olub. “City” liderlik etdiyi liqa matçında “Brighton”-a 2:1 hesabı ilə uduzub.
Pep Guardiola, bu matçdan sonra etdiyi şərhdə: ”Həyatda həmişə bir ilk var. Ola bilsin ki, 7 ildə 6 çempionluqdan sonra bu il çempionluğu başqa komanda qazansın. Mənim üçün çətin prosesdir. Mən çətinlikləri xoşlayıram. Mən geri addım atmayacağam”- dedi.
11 gündə səfərdə 4 məğlubiyyətə uğrayan Pep Guardiola bununla da idarəçilik karyerasında bir ilk yaşayıb.
“City”, beynəlxalq fasilədən sonra liqada “Tottenham”-ı, Çempionlar Liqasında isə “Feyenoord“-u qəbul edəcək.