Bakı, 14 oktyabr, Sporaz.tv
Pep Guardiola İngiltərə millisinin yeni baş məşqçisi olacağı ilə bağlı iddialara cavab verib.
Sporaz.tv xəbər verir ki, AVRO-2024-ün finalında İspaniyaya uduzduqdan sonra İngiltərə millisindən istefa verən Gareth Southgatein yerinə Pep Guardiolanın keçməsi xəbəri gündəmdədir.
Bu yaxınlarda açıqlama verən Manchester City (Mançester Siti)-nin baş məşqçisi Pep Guardiola İngiltərə Milli Komandasının iddialarından danışıb.
Guardiola: “İngiltərə yığmasının baş məşqçisi olacağım doğru deyil. Hələ heç nəyə qərar verməmişəm. Həyatda hər şey ola bilər”- sözlərini qeyd edib.