“Pendikspor”da Üzülməz dövrü sona çatdı

Bakı, 7 iyun, Sporaz.tv

Trendyol Super Liqasını 19-cu pillədə başa vuraraq 1-ci liqaya düşən “Pendikspor” baş məşqçi İbrahim Üzülməzlə yollarını ayırıb.

Sporaz.tv xəbər verir ki, klub sözügedən məşqçi üçün: “Məşqçimiz İbrahim Üzülməz ilə yollarımızı ayırdıq. Ona və texniki heyətinə klubumuza verdikləri töhfələrə görə təşəkkür edir və onlara karyeralarında uğurlar arzulayırıq”- ifadələrdən istifadə edilmişdir.