Pelkasın müqaviləsi uzadılıb

Bakı, 6 iyun, Sporaz.tv

RAMS Başakşehir yunan futbolçu Dimitris Pelkasın müqaviləsinin 2 il müddətinə uzadıldığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, İstanbul komandasının verdiyi açıqlamada :“Futbolçumuz Dimitris Pelkasın başa çatan müqaviləsi daha 2 il uzadılıb. Gəldiyi gündən meydanda fədakarlığı və mübarizəsi ilə diqqət çəkən Yunan milli futbolçumuza klubumuzda uğurlarının davamlı olmasını arzulayırıq.”- deyə bildirib.

Pelkas ötən mövsüm “Başakşəhər”in heyətində 23 oyuna çıxıb və 6 qol vurub, 5 məhsuldar ötürmə edib.