Bakı, 27 may, Sporaz.tv
Paytaxt Ankara komanda idmanlarında məyusluqlarla dolu bir mövsümü geridə qoyub. Futbol, basketbol və voleybolda 4 paytaxt klubu və ümumilikdə 6 paytaxt klubu Super liqa səviyyəsində aşağı liqaya düşüb.
Sporaz.tv xəbər verir ki, futbol, basketbol, voleybol və həndbolda paytaxt komandaları ümumiyyətlə ya aşağı liqaya düşdü, ya da yuxarı liqa hədəflərinə çata bilməyib və finalda məğlub olub.
Futbol, basketbol və voleybol üzrə Super liqadan 4, paytaxtdan ümumilikdə 6 komanda aşağı liqaya düşüb.
Paytaxtın köklü klubu olan MKE Ankaragücü Trendyol Superliqasında 6-cı dəfə aşağı liqaya düşməyin acısını azarkeşlərinə yaşatdı.
Mövsümə avrokuboklarda iştirak etmək məqsədi ilə başlayan sarı-göylülər son 6 həftədə qalib gələ bilməyib və son matçda “Trabzonspor”a 4-2 hesabı ilə uduzaraq 1-ci Liqaya düşüb.
Vüqar ALIŞOV