Paulo Dybalaya böyük təklif: Transferlə bağlı qərarını verdi

Bakı, 14 avqust, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan, “Roma“da çıxış edən Paulo Dybalanın Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyi bildirilib. Dybalanın karyerasını Avropa və ya Cənubi Amerikada davam etdirmək istədiyi qeyd edilib.

Sporaz.tv xəbər verir ki, .Romada gələcəyi qeyri-müəyyən olaraq qalan Paulo Dybala Səudiyyə Ərəbistanı komandalarından olan  Al-Qadsiahın təklifinə mənfi cavab verib.

 Al-Qadsiahın Dybalaya 2 illik müqavilə və mövsüm başına 20 milyon avro maaş təklif etdiyi bildirilib.

Dybalanın yenidən Argentina Milli Komandasında oynamaq istədiyi və bu səbəbdən karyerasını Avropa və ya Cənubi Amerikada davam etdirmək istədiyi və bu səbəbdən Səudiyyə Ərəbistanından gələn təklifə mənfi yanaşdığı qeyd edilib.

Dybalaya yay transfer pəncərəsinin sonuna kimi ciddi təklif gəlməsə, təcrübəli futbolçunun komandada qalacağı bildirilib.

Argentinalı ulduzun formasının hazırda yaxşı olduğu bildirilir.

İtaliya A Seriyasında yeni mövsümün ilk oyununda “Roma”, “ Cagliari” ilə qarşılaşacaq.

2022-ci ildə “Roma”ya transfer olan Paulo Dybala, ötən mövsüm 39 matçda meydana çıxıb.

Dybala, bu matçlarda 16 qol vurub, 10 məhsuldar ötürmə edib.