Paulo Dybala üçün transfer cavabı

Bakı, 17 avqust, Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan “Roma“nın baş məşqçisi Daniele De Rossi Paulo Dybalanın komandadakı gələcəyi ilə bağlı son vəziyyəti bölüşüb. De Rossi, “Bir menecer olaraq edə biləcəyim şey, şayiələr olanda bu barədə danışmamağa çalışmaqdır. Mən şayiələrə və danışıqlara şərh verə bilmərəm” dedi.

Sporaz.tv xəbər verir ki, A seriyasında “Roma” sabah yeni mövsümün ilk oyununda “Cagliari”ni qəbul edəcək.

Bu oyundan əvvəl baş məşqçi Daniele De Rossi Romada sualları cavablandırıb.

Komandada gələcəyi qeyri-müəyyən olan Paulo Dybala ilə bağlı sualı cavablandıran De Rossi, “Paulo bizimlədir. Transfer vəziyyətləri bütün oyunçular üçün ola bilər. Amma o, “Cagliari” matçında bizimlə olacaq. Haqqında həssas danışmaq lazımdır. Bu məsələni bir məşqçi kimi edə biləcəyim tək şey söz-söhbətlər olanda olur. Mən şayiələrə və danışıqlara şərh verə bilmərəm, o, iki ay əvvəl belə idi, bu gün də belədir ” dedi.

İtaliyalı çalışdırıcı həmçinin “Futbolçularımın yanındayam. Daim komandadakı hər kəslə danışıram. Oyunçularla yaxşı münasibətiniz var. Sadəcə, güclü komanda qurmaq istəyirəm” deyib.

2022-ci ildə “Juventus”dan “Roma”ya keçən Paulo Dybalanın müqaviləsi bu mövsümün sonunda başa çatır.

İtaliya mətbuatında çıxan xəbərlərdə Səudiyyə Ərəbistanı komandalarının Dybala ilə maraqlandığı iddia edilib.

Bahar Rüstəm