Paulistanın qiyməti məlum olub

Bakı, 15 iyun, Sporaz.tv

Beşiktaş” 33 yaşlı müdafiəçi Gabriel Paulista ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, Beşiktaş, Gabriel Paulista ilə 3 illik müqavilə imzalandığını KAP-a bildirib.

Açıqlamada, “Oyunçuya 2024-2025 və 2025-2026 mövsümləri üçün 2.120.000 avro, 2026-2027 mövsümü üçün isə 2.110.000 avro zəmanət haqqı ödəniləcək. Bundan əlavə, 3 il 1.000 avro xalis imza haqqı veriləcək.” -qeyd edilib.

“Beşiktaş”ın yeni transferi Gabriel Paulista qara-ağlıların heyətində öz hekayəsini yaratmaq və çempionluqlar qazanmaq istədiyini bildirib.

Ağ-qara klubun televiziyasına açıqlama verən braziliyalı oyunçu: “İdmançı böyük kluba gələndə həmişə çempionluqları düşünür. Mənim üçün də fərqli olmayacaq. İlk fikrim öz futboluma uyğunlaşmaqdır. Yeni komanda yoldaşlarım, məşqçim və oyun tərzimlə mümkün olduğunca tez bir zamanda klubda öz hekayəmi yaratmaq və çempionluq qazanmaqdır. Bu, futbolçu və klub üçün çox vacibdir amma öyrənməli olduğum çox şey var. Mən həmişə inkişaf etməyə çalışacağam və hər məşqdə , hər matçda özümü gücləndirəcəm və diqqətimi böyük hədəfimə yönəldəcəm.”- bildirib.

Döyüşçü futbolçu olduğunu qeyd edən təcrübəli müdafiəçi: “Beşiktaşda da bu fərqli olmayacaq. Qələbə qazanmaq istəyimi hər zaman meydanda göstərəcəyəm. Beşiktaşda olmaq, azarkeşlərin yanında olmaq mənim üçün çox önəmlidir. Azarkeşlərin buradakı ehtirası mənə meydanda çox şey qatacaq. Mən də bunun uğruna mübarizə aparan bir oyunçu olacağam.” -dedi.

Başqa bir böyük klubda oynamaqdan xoşbəxt olduğunu vurğulayan Paulista, “Uşaqlıqdan həmişə peşəkar futbolçu olmaq arzusunda olmuşam. Hamı çempionluqlar qazanmağı, böyük klublarda oynamağı xəyal edir. Amma heç vaxt düşünməmişdim ki, bunlara çatacam. Bu qədər böyük klublarda oynamaqdan çox xoşbəxtəm.” -sözlərini də qeyd edib.

Keçmiş komanda yoldaşı, Valensiyada çıxış edən milli futbolçu Cenk Özkacarla transfer olunmazdan əvvəl danışdığını ifadə edən Paulista, “Mənə şəhər, ölkə və burada mövcud imkanlar haqqında çox şey danışdı. Ən yaxşısı olduğunu söylədi. Həm mənim, həm də ailəm üçün hər şey buradadır. Mən yavaş-yavaş kəşf etməyə başlayıram və bu klubun tarixi haqqında daha çox öyrənməyə çalışacağam.”-deyən futbolçu, “ağ-qaralar”ın sabiq braziliyalı futbolçusu Zago kimi klubda iz buraxmaq istədiyini də bildirib.

Digər tərəfdən klubdan verilən açıqlamada təcrübəli futbolçunun sağlamlıq yoxlamasından keçdiyi mətbuata çatdırılıb..