Bakı, 4 oktyabr, Sporaz.tv
2023-cü ilin avqustunda keçirilən doping testlərində testosteron səviyyəsi yüksək olan Paul Pogbaya verilən 4 illik cəza 18 aya endirilib. Ulduz futbolçu 2025-ci ilin mart ayından etibarən rəsmi oyunlarda iştirak edə biləcək.
Sporaz.tv məlumat verir ki, Fransalı ulduz Paul Pogbanın aldığı dopinq testində yüksək səviyyədə testosteron aşkarlanıb. İngiltərə mətbuatının yazdığına görə, Pogbaya verilən 4 illik cəza 18 aya endirilib.
Saytlarda Paul Pogbanın 2025-ci ilin mart ayından etibarən rəsmi oyunlarda oynaya biləcəyi barədə məlumatlar yer alıb. Əgər cəza azalmasaydı, Pogba, 2027-ci ilə qədər meydanda oynaya bilməzdi.
2023-cü ilin avqustunda “Juventus“(Yuventus)-un “Udinese” ilə oyunundan sonra dopinq testindən keçə bilməyən Pogba 4 il müddətinə cəzalandırılıb. Fransız futbolçunun İtaliya nəhəngi ilə müqaviləsi 2026-cı ilə qədər davam edir.
İyul ayında verdiyi müsahibədə Pogba: “Pogba ölməyib. Pogba buradadır. Qayıtmaq üçün böyük arzum var. Peşəkar olmaq istəyən uşaqlar kimi həyəcanlıyam. Hər gün məşq edirəm. Hələ də “Juventus”-un oyunçusuyam. Mənim müqaviləm var, amma məşqçi və prezidentlə danışmamışam”.- dedi.