Bakı, 7 sentyabr, Sporaz.tv
Afrika Millətlər Kubokunun seçmə mərhələsinin ilk turunun oyunları baş tutub.
Sporaz.tv xəbər verir ki, “Qarabağ”ın futbolçusu Patrick Andradenin formasını geyindiyi Cape-Verde millisi səfərdə Misirə məğlub olub – 0:3.
Patrick Andrade görüşə start heyətində başlayıb. O, 46-cı dəqiqədə əvəzlənib.
Cape-Verde millisi sentyabrın 10-da Mavritaniya ilə qarşılaşacaq.