“Paris-2024”:Cüdoçumuz, yarımfinala vəsiqə qazanıb

Bakı, 29 iyul, Sporaz.tv

Azərbaycan cüdoçusu Hidayət HeydərovParis-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Sporaz.tv AZƏRTAC-a istinadən  xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Artur Margelidonla üz-üzə gəlib. O, qızıl xal bölümündə rəqibini ipponla məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda H.Heydərovun rəqibi Manuel Lombardo (İtaliya) – Akil Qyakova (Kosovo) cütünün qalibi olacaq.