Bakı, 29 iyul, Sporaz.tv
Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Artur Margelidonla üz-üzə gəlib. O, qızıl xal bölümündə rəqibini ipponla məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
Finala gedən yolda H.Heydərovun rəqibi Manuel Lombardo (İtaliya) – Akil Qyakova (Kosovo) cütünün qalibi olacaq.