Bakı, 27 iyul, Sporaz.tv
Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sporaz.tv xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində özbəkistanlı Xalimajon Kurbanova ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Əliyeva turnirlə vidalaşmalı olub.