Paris-2024:Cüdoçumuz turnirlə vidalaşdı

Bakı, 27 iyul, Sporaz.tv


Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sporaz.tv xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində özbəkistanlı Xalimajon Kurbanova ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Əliyeva turnirlə vidalaşmalı olub.