Paris 2024: Paraüzgüçümüz gümüş medal qazanıb

Bakı, 1 sentyabr, Sporaz.tv

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

Sporaz.tv “Report”-a istinadən məlumat verir ki, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.

Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.