Paris 2024: Futbol finalının adı açıqlanıb

Bakı, 6 avqust, Sporaz.tv

Paris 2024 Olimpiya Oyunlarında kişilər arasında futbol kateqoriyasında İspaniya və Fransa finala yüksəlib.

Sporaz.tv məlumat verir ki, Paris 2024 Olimpiya Oyunlarında kişi futbol kateqoriyasında finalçılar bəlli olub.

Marsilya stadionunda keçirilən matçda Mərakeşi 2:1 hesabı ilə məğlub edən İspaniya, Lion stadionunda keçirilən matçda Misiri əlavə vaxtda 3:1 hesabı ilə məğlub edən ev sahibi Fransa finala yüksəlib.

İspaniya və Fransa yığmaları arasında final matçı cümə günü, avqustun 9-da Parisin “Park des Princes” stadionunda keçiriləcək. Üçüncü yer uğrunda Misir və Mərakeş matçı avqustun 8-də Nantdakı Beaujoire stadionunda keçiriləcək.