Paris-2024: Azərbaycan hazırda neçənci pillədədir?

Bakı, 11 avqust, Sporaz.tv

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan neçənci yerdədir?

Sporaz.tv xəbər verir ki, Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 28-ci pillədə qərarlaşıb. Hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 2 bürünc mükafat var.

Ukrayna (3 qızıl, 5 gümüş, 4 bürünc) 21-ci, İran (3 qızıl, 5 gümüş, 2 bürünc) 22-ci, Gürcüstan (3 qızıl, 2 gümüş, 1 bürünc) 24-cü, qardaş ölkə Türkiyə (3 gümüş, 5 bürünc) 64-cü, Ermənistan (3 gümüş, 1 bürünc) 66-cı sıradadır. İlk “üçlük”də Çin (39 qızıl, 27 gümüş, 24 bürünc), ABŞ (38 qızıl, 42 gümüş, 42 bürünc), və Avstraliya (18 qızıl, 18 gümüş və 14 bürünc) yer alıblar.

Qeyd edək ki, Paris-2024 bu gün başa çatacaq.