Paris 2024-ə rekord sayda Türkiyə boksçuları qatılacaq

Bakı,3 iyun,Sporaz.tv

2024-cü il Paris Olimpiya Oyunları üçün 8 kvota alan türk boksu tarixinin ən böyük kvotası ilə Olimpiadaya qatılacaq.

Türkiyə Boks Federasiyasından verilən açıqlamaya görə, kişi və qadınlardan ibarət milli komandalar ümumi 13 kvotanın 8-nə nail olub.

Sporaz.tv xəbər verir ki, qadınlarda 5, kişilərdə 3 idmançı ilə kvota alan Türkiyə, Paris 2024-ə rekord sayda idmançı ilə qatılacaq.

Qadınlar arasında 66 kiloda son olimpiya çempionu Busenaz Sürmeneli və 50 kiloda sonuncu olimpiya çempionu Buse Naz Çakıroğlu Paris 2024-də qızıl medal uğrunda mübarizə aparacaq.

Vüqar ALIŞOV