“PAOK” azarkeşləri “Galatasaray” matçına avtobuslarla gələcək

Bakı, 25 sentyabr, Sporaz.tv

Galatasaray“ın qonağı olacaq Yunanıstan təmsilçisi “PAOK“un azarkeşləri matça avtobuslarla gələcək.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasının ilk həftəsində “Galatasaray”ın qonağı olacaq Yunanıstan təmsilçisi “PAOK”un azarkeşləri matça avtobuslarla gələcək.

“PAOK” Klubundan verilən açıqlamaya görə, azarkeşlər saat 14.00-da İpsala sərhəd qapısında olacaq və oradan matçın keçiriləcəyi RAMS Parka hərəkət edəcəklər. İpsaladan son avtobusun saat 17.00-da yola düşəcəyi açıqlanıb. İstanbuldakı azarkeşlərin saat 18.30-da Sultanəhməd meydanından yola düşəcək avtobuslarla stadiona gələcəyi bildirilib.

“RAMS Park”da keçiriləcək “Galatasaray” – “PAOK” matçı sabah saat 22.00-da başlayacaq.

Bahar Rüstəm

Leave a Reply