“Panatinaikos” seriyanı son matçına çıxarıb

Bakı,3 may, Sporaz.tv

Basketbol THY Avropa Liqasının pley-off 1/4 final mərhələsində Yunanıstan komandası Panathinaikos AKTOR səfərdə İsrail təmsilçisi “Makkabi Playtika Tel Aviv”i 95-88 hesabı ilə məğlub edərək seriyanı 2-2 edib.

Sporaz.tv xəbər verir ki, Serbiyanın paytaxtı Belqraddakı Aleksandar Nikolic Hallda oynanan qarşılaşmanın ilk dörddəbiri 29-26 qabaqda olan ev sahibi Maccabi Playtika Tel Aviv ilk yarıda 50-49 hesabla ayrıldı.

Üçüncü rübdə daha təsirli hücumlar təşkil edən Panathinaikos AKTOR final periyotuna 74-69 öndə girdi. “Makkabi Playtika Tel Aviv” son dövrəyə yaxşı başlasa da, yenidən hesabda önə keçsə də, Yunanıstan komandası matçın son hissəsini daha yaxşı keçirərək, 95-88 hesabı ilə qalib gələrək seriyanı 2-2-yə çatdırıb.

Baş məşqçisi Ergin Ataman olan “Panatinaikos AKTOR”da Kendrick Nunn 27, Kostas Sloukas isə 20 xal toplayıb. Təl-Əviv “Makkabi Playtika”sında Lorenzo Braunun 17 xalı da məğlubiyyətin qarşısını ala bilməyib.

Üç qələbə qazanan komandanın Dördlər finalına yüksələcəyi seriyanın son oyunu mayın 8-i çərşənbə günü Yunanıstanda keçiriləcək.

Seriyanın qalibi Dördlər Finalında Fənərbaxça-Monako matçının (2-1) qalibi ilə qarşılaşacaq.

THY Avropa Liqasının Dördlər Finalı 24-26 may tarixlərində Almaniyanın paytaxtı Berlində keçiriləcək.

Vüqar Alışov