“Panathinaikos”dan Serio Oliveira açıqlaması

Bakı, 27 avqust, Sporaz.tv

Panathinaikos“un Sergio Oliveira ilə müqavilə imzalaması xəbəri ölkə mətbuatında geniş yer alıb. Yunan nəhəngi Sergio Oliveira ilə bağlı açıqlama verib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray“da diqqətdən kənarda qalan Sergio Oliveiranın “Panathinaikos”un təklifini qəbul etdiyi iddia edilib.

Mətbuatda böyük əks-səda doğuran xəbər Yunanıstanda da manşet oldu.

Yunan mətbuatında bu gün səhər saatlarında çıxan xəbərlərdə “Panathinaikos” səlahiyyətlilərinin Sergio Oliveira ilə bağlı iddiaları təkzib etdiyi bildirilib.

“Panathinaikos”un təcrübəli oyunçu ilə maraqlanmadığı, baş məşqçi Diego Alonsonun fərqli xüsusiyyətlərə malik sürətli və dominant 8 nömrə axtarışında olduğu bildirilib.

Önümüzdəki günlərdə sözügedən mövqe üçün “Panathinaikos”da gərgin vaxtların olacağı vurğulanıb.

Baş məşqçi Okan Burukun planları arasında olmayan 32 yaşlı Sergio Oliveiranın “Galatasaray”la daha 2 illik müqaviləsi var.

Bahar Rüstəm