ABŞ, Paris 2024-də liderdir

Paris 2024 Olimpiya Oyunlarının 12-ci gününün yekununda 27 qızıl, 35 gümüş və 32 bürünclə ümumilikdə 94 medal qazanan ABŞ, ümumi reytinq cədvəlində liderliyini qoruyub. ABŞ-ın ən yaxın izləyicisi ümumilikdə 65 medalla Çindir. Azərbaycan, siyahıda 22-ci yerdədir.

“Galatasaray”dan Abdülkerim Bardakcı qərarı

Səudiyyə Ərəbistanının “Al-Kholood” komandasının Abdülkerim Bardakcı üçün “Qalatasaray”ın qapısını döydüyü iddia edilib. Bu inkişaflardan sonra sarı-qırmızılıların, Abdülkerim Bardakcının transfer qiymətini təyin etdiyi bildirilib. Bu rəqəm qəbul olunarsa, “Galatasaray”(Qalatasaray) Abdülkerim Bardakcının gedişinə razılıq verəcək.