Uğurcan Çakırdan transfer cavabı

“Trabzonspor”un kapitanı Uğurcan Çakır, “Ruzomberok” matçına hazır olduqlarını və turu qələbə ilə keçmək istədiklərini bildirib. Təcrübəli futbolçu transfer durumu ilə bağlı: “Təklif gəlsə, dəyərləndirəcəyik. Gedib-getməmək çox önəmli deyil. Bütün fikrimi işimə kökləmişəm və edəcəm” -deyə o, açıqlama verib.

“Olympiakos” klubu finalda

“Olympiakos” UEFA Konfrans Liqasının yarımfinal cavab oyununda “Aston Villa”nı 2:0 hesabı ilə məğlub edib. Yunanıstan komandası ilk görüşdə 4-2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Finalda “Olimpiakos” “Fiorentina” ilə qarşılaşacaq.