Uğurcan Çakırdan transfer cavabı

“Trabzonspor”un kapitanı Uğurcan Çakır, “Ruzomberok” matçına hazır olduqlarını və turu qələbə ilə keçmək istədiklərini bildirib. Təcrübəli futbolçu transfer durumu ilə bağlı: “Təklif gəlsə, dəyərləndirəcəyik. Gedib-getməmək çox önəmli deyil. Bütün fikrimi işimə kökləmişəm və edəcəm” -deyə o, açıqlama verib.

Beşiktaşın 10 milyon avroluq problemi

“Beşiktaş”, heyətə düşməyən bəzi futbolçuları ilə vidalaşa bilmir. “Vincent Aboubakar”(Vinsent Aboubakar), ” Alex Oxlade-Chamberlain”(Aleks Oksleyd-Çemberlen), “Ante Rebic”(Ante Rebiç) və “Daniel Amartey”(Daniel Amartey)in maaşlarını aşağı gördükləri üçün aldıqları təklifləri rədd etdikləri iddia edilib.