Ayrılacaq adlar müəyyənləşir

Transfer dövründə indiyədək heyətinə 3 adı qatan “Beşiktaş”da rəhbərlik, adların qalması üçün baş məşqçi Giovanni van Bronckhorstun hesabatını gözləyir. Qara-ağların ilk olaraq Omar Colley, Daniel Amartey və Vincent Aboubakar ilə yollarını ayırmağı planlaşdırdığı bildirilib.

Ernest Muçi karyera hədəfini açıqlayıb

“Beşiktaş”ın gənc futbolçusu Ernest Muçi karyerası hədəflərindən danışıb. Ernest Muçi açıqlamasında: “Ən böyük məqsədim Premyer Liqa və Çempionlar Liqasında oynamaqdır. Bu, fərdi məqsəddir, bunlar baş verməmişdən əvvəl mənə böyük sərmayə qoyan klubum və məni qucaqlayan azarkeşlərim üçün əlimdən gələni edəcəyəm”-dedi.