Türkiyə komandasının 5 oyunçusunun bazar dəyəri pik həddə çatıb
AVRO-2024-lə 1/4 finalda vidalaşan Türkiyə Komandasının bəzi futbolçuları çıxışları ilə bütün diqqətləri üzərinə çəkiblər. Aparıcı adlar arasında yer alan Ferdi Kadıoğlu, Arda Güler, Barış Alper Yılmaz, Mert Müldür və Merih Demiralın bazar qiymətləri artıb. 5 futbolçunun ümumi dəyərinin 155 milyon avroya çatdığı düşünülür.