Özbekdən Batshuayi, Oğuz Aydın və Tete ilə bağlı açıqlama

Bakı, 28 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray) Klubu Başçısı Dursun Özbek, transfer işləri, Kemerburgaz təsisləri və Banklar Birliyi razılaşması ilə bağlı əhəmiyyətli açıqlamalar verdi.

Galatasaray (Qalatasaray)-ın prezidenti Dursun Özbek gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib. Transfer işlərinə də toxunan Özbek, “Bu mənim 5-ci və ya 6-cı transfer dövrümdür. Transferdə gözləntilər var. Məqsədimiz ən yaxşı transferləri etmək və ən güclü komandanı qurmaqdır” dedi.

Michy Batshuayinin transferindəki son vəziyyətlə bağlı suala Özbek, “Belə suallar transfer prosesinə təsir edən şeylərdir. “Biz işi bitirdikdən sonra lazımı açıqlamaları verməyə üstünlük veririk”-deyə qeyd etdi.

Klub başçısı, sarı-qırmızılı komanda ilə adları hallanan futbolçularla bağlı da açıqlamalar verib. Özbek, “Alanyaspor”da çıxış edən Oğuz Aydın haqqında :”Oğuz Aydın, uzun illər türk futboluna və milli komandaya xidmət edə biləcək bir addır və gündəmimizdə ola biləcək futbolçudur” deyib.

Dursun Özbek, “Tete işi iyunun 27-də idi. Bu gün eşitdim ki, 11 iyula təxirə salınıb. Davanın nəticəsini gözləmək lazımdır”. -dedi.

İyulun 3-də yeni tikilən Kemerburgaz obyektlərində mövsümü açacaqlarını bildirən klub başçısı, “Mövsümün qalan hissəsində Kemerburgazda olacağıq. Floryanı indi boşaltmalıyıq” -deyə bildirdi.

Banklar Birliyi razılaşmasından danışan Dursun Özbek, “Banklar Birliyi razılaşmasından bir şəkildə çıxmalıyıq. Bunun üçün layihələr etdik. Florya mühüm layihələrdən biridir. Floryanın bir şəkildə yenidən qurulması lazımdır. Banklar Birliyi razılaşması bizim ən böyük hədəflərimizdən biridir.”-dedi.