Ozan Kabak əməliyyat olunub

Bakı, 16 iyun, Sporaz.tv

Türkiyə Futbol Federasiyası (TFF) İtaliyaTürkiyə yoldaşlıq oyununda zədələnən Ozan Kabakın əməliyyat olunduğunu açıqlayıb.

Sporaz.tv xəbər verir ki, TFF Avropa Futbol Çempionatı (AVRO 2024) öncəsi iyunun 4-də İtaliya ilə keçirilən yoldaşlıq oyununda zədələnən Milli Futbol Komandasının futbolçusu Ozan Kabakın sağlamlıq durumu ilə bağlı açıqlama yayıb.

Açıqlamada Ozan Kabakın dizindən uğurlu əməliyyat keçirdiyi bildirilib.

Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyasından verilən açıqlamada bu ifadələr yer alıb:

“İyunun 4-də İtaliya ilə Türkiyə arasında oynanılan xüsusi matçın ilk yarısında sağ dizinin ön çarpaz bağında yırtıq yaranan A Milli komandamızın futbolçusu Ozan Kabak, Avstriyada uğurlu əməliyyat olunub. Biz Ozanın tezliklə sağalmasını arzulayırıq və ümid edirik ki, ən qısa zamanda meydançaya əvvəlkindən daha güclü qayıdacaq”.