“Ozan Kabak” heyətdən çıxarılıb

Bakı, 5 iyun, Sporaz.tv

Milli futbolçu Ozan Kabak İtaliya ilə xüsusi oyunda aldığı zədə səbəbindən AVRO-2024-ün Ay-ulduz komandasının tam heyətindən kənarlaşdırılıb.

Sporaz.tv xəbər verir ki, 24 yaşlı müdafiəçinin sağ dizinin ön çarpaz bağında yırtığın olduğu açıqlanıb.

Türkiyə Futbol Federasiyasından verilən açıqlamada, “Dünən axşam oynanan İtaliya-Türkiyə xüsusi matçında aldığı zədədən sonra oyunu xərəkdə tərk edən və daha sonra xəstəxanaya aparılan, milli futbolçumuz Ozan Kabakın müayinəsi tamamlanıb. Yoxlamalar nəticəsində Ozanın sağ dizinin ön çarpaz bağlarında yırtıq aşkarlanıb və 24 yaşlı müdafiəçimiz ciddi zədə səbəbindən Milli Komandamızın AVRO-2024-ün böyük heyətindən kənarlaşdırılıb. Ozan Kabakın aldığı bədbəxt zədə səbəbiylə tez bir zamanda sağalmasını və ən qısa zamanda və sağlam şəkildə sahəyə dönməsini arzu edirik”.-bildirilib.