Bakı, 30 sentyabr, Sporaz.tv
Misli Premyer Liqasının VIII turunda “Qarabağ” evində “Sabah“ı qəbul etdiyi matç Ağdam təmsilçisinin 3:2 hesablı qalibiyyəti ilə başa çatıb.
Bol qollu keçən qarşılaşmadan sonra Masazır təmsilçisinin məşqçi köçəkçisi Rəşad Eyyubovun, sporaz.tv-ə açıqlaması belə oldu:
-Oyun haqqında təəssüratlarınız bizimlə bölüşə bilərsiniz?
-Bir fikir demək çətindir, çünki, oyun bizim üçün çox fərqli getdi. Mənim fikrimcə, oyunu birinci 10 dəqiqə ərzində uduzduq. Çünki, 80 dəqiqə çox yaxşı oynadıq, qol üçün daha çox mövqe yaratdıq. Amma bu mövqelərdən yararlana bilmədik.
-Liqa başlayandan ikinci məğlubiyyətinizi aldınız. Bu liqanın geri qalanına necə təsir göstərə bilər sizcə?
-Məncə, heç bir təsiri olmayacaq. Peşəkar futboldur, qələbə də ola bilər məğlubiyyətdə. Bizim üçün böyük problem olmadı. Bir baxımdan da, deyə bilərik ki, qazandıq, çünki, biz psixoloji baxımdan daha yaxşı görünürdük. Psixoloji baxımdan bizə çox da təsir etmədi.
-Növbəti oyun haqqında nə düşünürsünüz?
- Növbəti oyun liderə qarşı olacaq. Bizim üçün bu, super bir fürsətdir. Çünki, liderə qarşı oynayırıq, xal qazanmalıyıq. Düşünürəm ki, bu il Avroliqa üçün daha çox komanda mübarizə aparır və “Araz-Naxçıvan” bu komandalardan biridir.
Bahar Rüstəm