“Öyrənəcəyik”-Xabi Alonsonun məğlubiyyət açıqlaması

Bakı,23 may,Sporaz.tv

Almaniya komandasının 51 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Liqasının finalında “Bayer” “Atalanta“ya 3:0 hesabı ilə uduzub.”Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso məğlub olmalarından danışıb.

Baş məşqçi, Xabi Alonso məğlubiyyəti belə dəyərləndirib.

“Atalantaya yaxşı hazırlaşmışdıq, amma praktikada bunu edə bilmədik. “Atalanta” çox yaxşı oynadı. Düzgün mövqe əldə edə bilmədik. Çox, çox yaxşı oynadılar. Geri dönüş edə bilməyimiz mümkün deyildi. Çox üzücüdür, amma bu vəziyyəti müsbətə çevirməliyik. Öyrənəcəyik, yaxşılaşacağıq. Bu gündən dərs almalı və gələcəyə daha yaxşı hazırlaşmalıyıq”.