Bakı, 8 avqust, Sporaz.tv
Mövsümə “Galatasaray“(Qalatasaray)ı 5:0 hesabı ilə məğlub edərək Superkubok qələbəsi ilə başlayan “Beşiktaş“, Giovanni van Bronckhorstun atdığı futbolçuların maaş yükündən qurtulmaq istəyir. Bu adlar arasında yer alan Oxlade-Chamberlainin rəhbərlikdən təəccüblü tələb etdiyi iddia edilib.
Sporaz.tv məlumat verir ki, “Beşiktaş”, tez-tez aldığı zədələr səbəbindən gözlənildiyi kimi çıxış edə bilməyən Oxlade-Chamberlain ilə yollarını ayırmağı planlaşdırır.
Premyer Liqa və Çempionatdan talibləri olan futbolçu 2 illik qazancı ilə cəmi 6 milyon avronu tərk etmək istəyir.
“Beşiktaş” rəhbərliyi ingilis futbolçunun bu istəyini rədd edib.
“Qara-ağlar”, futbolçuya edilən təkliflərə uyğun olaraq maaş fərqini ödəməyə razılaşır.
Oxlade-Chamberlain ötən mövsüm “Beşiktaş”ın heyətində 30 oyun keçirib.
30 yaşlı futbolçu bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.