Ousmane Dembele “PSG”-də matç qaçırmır

Bakı,8 may,Sporaz.tv

“Barcelona”da zədələrdən qurtula bilməyən,sezonunun yarısından çoxunu qaçıran,qolları deyil oynamadığı oyunlarından danışılan Ousmane Dembele PSG-də matç qaçırmır.

2016/17-də 18 yaşında olanda Dortmundda 49 oyunda 10 qol,21 məhsuldar ötürmə ilə oynamış, Barcelona bonservisinə 135 milyon avro vermişdi.

İmza atdığı il əzələ zədəsi səbəbi ilə 132 günü meydanlardan uzaqda keçirdi,31 matça çıxa bilmədi. 2-ci ilində də əzələ zədəsinə görə 18 matç qaçırdı. 3-cü ilində 40 oyun meydanlardan uzaqda qalıb,sadəcə, 9 qarşılaşmada iştirak edə bildi. 6 sezonda 141 maçı zədəli olduğu üçün buraxdı.

Sezon başında ölkəsinə- PSG-yə getdi. Burda isə zərif, tez incinən Dembeledən əsər qalmamışdı. Takımın bu sezon oynadığı 39 matçın 32-də forma geyindi. Oynamadığı oyunlarda da səbəb zədəyə görə deyil, kart cəzası, dinlənmə və ehtiyatda olduğu üçün idi.

Bu sezon 32 matçda 1 qol,12 assisti var.

Bahar Rüstəm