Osimhenin qol musiqisi açıqlanıb

Bakı, 26 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-“ın ulduzu Victor Osimhenin qol mahnısı bəlli olub. Nigeriyalı futbolçunun qol musiqisi ilk dəfə “PAOK” matçında səslənib.

Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasının ilk oyununda “Galatasaray”, “PAOK“-u qəbul edib.

RAMS Parkda keçirilən matçın ilk yarısı qolsuz bitsə də, sarı-qırmızılılar 49-cu dəqiqədə önə keçib. Dris Mertensin yerinə yetirdiyi künc zərbəsində Victor Osimhen topa toxundu və top Baba Rahmana dəyərək qapıdan içəri girib.

Stadionda qol üçün Victor Osimhen elan edilib və qol musiqisi kimi “Yarım Yarım” mahnısı səsləndirilib. UEFA-nın qolu “PAOK”-un futbolçusu Baba Rahmanın olub.

Leave a Reply