Osimhenin Nigeriyadakı tarixi gecəsi

Bakı, 8 sentyabr, Sporaz.tv

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunda Nigeriya Benini 3:0 hesabı ilə məğlub etdiyi halda, “Galatasaray“ın yeni transferi Victor Osimhen tarixi qola imza atıb.

Sporaz.tv xəbər verir ki,”Galatasaray”ın heyətinə “Napoli”dən icarəyə götürülən Victor Osimhen Nigeriya Millisinin Benini 3:0 hesabı ilə məğlub etdiyi matçda qola imza atıb.

Bu qolla Osimhen Nigeriya Milli Komandasının bütün zamanların bombardiri siyahısında 3-cü yerə yüksəldi. 36-cı milli matçında 22-ci qoluna çatan nigeriyalı mərkəz hücumçusu bir müddət “Kayserispor”da da çıxış edən Yakubu Aiyegbenii 21 qolla geridə qoyub.

Siyahıda ikinci olan Segun Odegbamini tutmaq üçün Osimhenə cəmi bir qol qalıb.Siyahının başında Nigeriyanın əfsanəvi mərkəz hücumçusu Rashidi Yekini qərarlaşıb. Yekini “Super Qartallar” forması ilə 37 dəfə fərqlənib.

Bahar Rüstəm

Leave a Reply