Bakı, 20 noyabr, Sporaz.tv
Victor Osimhenin transfer haqqını əldə etmək üçün bütün imkanlardan istifadə etməyə hazırlaşan “Galatasaray”(Qalatasaray) 60 milyon avroya transferi tamamlamağı hədəfləyib. Bu istiqamətdə işlərini davam etdirən sarı-qırmızılıların, nigeriyalı hücumçu üçün ilkin ödənişi tapdığı iddia edilib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray“-ın heyətinə “Napoli“-dən icarə əsasında qatılan Victor Osimhen. qısa zamanda oyunu ilə azarkeşlərin sevimlisinə çevrilib.
“Galatasaray” rəhbərliyi kluba aid olduğunu hər fürsətdə nümayiş etdirən Osimhenin komandada qalması üçün bütün şəraiti yaradır.
“Galatasaray”, 75 milyon avroluq sərbəst qalma şərti olan 25 yaşlı hücumçunu 60 milyon avro qarşılığında daimi olaraq heyətinə qatmağı hədəfləyib.
Bu transfer üçün ilkin ödənişi “Galatasaray”-ın tapdığı iddia edilirdi. Sponsorlar Osimhenin “Galatasaray”-a transferini reallaşdırmaq üçün ilkin ödəniş olaraq 25 milyon avro ödəyəcək.
Sarı-qırmızılıların qalan məbləği hissə-hissə ödəmək üçün “Napoli” ilə danışıqları davam etdirdiyi bildirilib.
Osimhen, “Galatasaray”-da 9 oyun keçirib.
Nigeriyalı mərkəz hücumçusu bu matçlarda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.