Osimhen üçün “Galatasaray”a 6 milyon avroluq təklif qapıda

Bakı, 16 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın “Napoli“-dən icarəyə götürdüyü Viktor Osimhenin adı “Chelsea“(Çelsi) ilə hallanmaqda davam edir. İngiltərə komandasının Osimhen üçün “Galatasaray”-a 6 milyon avro ödəməyə hazır olduğu iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın ən məşhur transferlərindən olan Victor Osimhen üçün “Chelsea” növbəti dəfə iddialar ortaya atıb.

“Sarı-qırmızılar”ın icarə əsasında heyətinə qatdığı Osimhen üçün İngiltərə Premyer Liqa komandası hərəkətə keçib.

“Chelsea” ara transfer dövründə Victor Osimheni transfer haqqı ilə heyətinə qatmaq istəyir.

İngiltərə komandasının Osimhen üçün “Galatasaray”-a 6 milyon avro ödəməyə hazır olduğu xəbərlərdə ətraflı şəkildə yer alıb. “Galatasaray”-ın 6 milyon avro maaş ödədiyi Osimhenin icarə müqaviləsində fasilədə çıxış variantının olmadığı bildirilib.

“Sarı-qırmızılar” mövsümü nigeriyalı hücumçu ilə başa vurmaq istəsə də, baş məşqçi Okan Burukun planları Osimhen və İcardini birlikdə oynatmaqdır.

“Galatasaray”-ın “Çaykur Rizespor“-u qəbul etdiyi matça Victor Osimhen ilk 11-də başlayıb və 90 dəqiqə meydanda qalıb.

Leave a Reply