Bakı, 30 oktyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbağça)-nin nigeriyalı ulduzu Osayi-Samuel, yayımında transfer vəziyyətindən danışıb. 26 yaşlı sağ cinah müdafiəçisi Türkiyədə “Fenerbahçe”-dən başqa heç bir komandada oynamayacağını bildirib.
Sporaz.tv məlumat verir ki, Bright Osayi-Samuelin “Fenerbahçe” ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Nigeriyalı futbolçu, hələ ki, sarı-göylülər komandası ilə müqavilə imzalamayıb. Osayi, “Fenerbahçe” ilə yanvar ayına qədər müqavilə imzalamasa, müqaviləsinin son 6 ayına girdiyi üçün istədiyi komanda ilə görüşə biləcək.
Bright Osayi-Samuel, Twitch platformasında yayıma başladı. Oyunu oynayarkən sualları cavablandıran Osayi, transferdən də danışıb.
“Galatasaray”(Qalatasaray)-la adı hallanan 26 yaşlı sağ cinah müdafiəçisi: “Türkiyədə “Fenerbahçe”-dən başqa heç bir komandada oynamazdım. Bunu heç vaxt etməzdim. Heç vaxt”- deyib.
Bu mövsüm “Fenerbahçe”-nin heyətində 8 matçda meydana çıxan Osayi-Samuel 1 məhsuldar ötürmə edib.