“Osayi-Samuel”ə 3 talib

Bakı, 1 iyul, Sporaz.tv

İngilislər “Fenerbahçe“nin uğurlu futbolçularından biri olan Bright Osayi-Samuel üçün transfer iddiası irəli sürüb. İngiltərə Premyer Liqasından 2, Şotlandiyadan isə 1 komandanın Osayi-Samuelin arxasınca getdiyi bildirilirdi.

Fenerbahçenin 2020-21 mövsümünün ara transfer dövründə QPR-dən 508 min avroya transfer etdiyi Bright Osayi-Samuel üçün İngiltərədə sürpriz xəbər gəldi.

Müqaviləsinin son ilinə qədəm qoyan Osayi-Samuelin “Fenerbahçe”dən ayrıla biləcəyi ada mətbuatında yer alıb.

Nigeriyalı sağ cinah müdafiəçisi ilə 3 klubun maraqlandığı vurğulanıb.

Jurnalist Alan Niksonun verdiyi xəbərə görə, “Fenerbahçe” Bright Osayi-Samuelin İngiltərəyə qayıtmasına icazə verməyə hazırdır.

26 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasına yüksələn “Southampton“, Premyer Liqa təmsilçisi “Wolverhampton” və Şotlandiya nəhəngi “Rangers“in maraqlı olduğu vurğulanıb.

QPR-də sağ cinahda oynayan Osayi-Samuelin “Fenerbahçe”də sağ cinah müdafiəçisinə çevrildiyi və nigeriyalı futbolçunun çox yönlü olması qeyd edilib.

Qeyd olunub ki, transferə yeganə maneə futbolçunun Türkiyədə aldığı maaş ola bilər.

Son mövsümdə ümumilikdə 39 matça çıxan Bright Osayi-Samuel 3061 dəqiqə meydanda qalıb və 4 qol və 6 məhsuldar ötürmə ilə hesaba töhfə verib.