Osayi-Samuel transferi ilə bağlı britaniyalı məşqçi flaş açıqlama verib

Bakı, 12 oktyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça) ilə müqaviləsinin son ilində olan Bright Osayi-Samuelin gələcəyi maraq doğurur. Adı “Norwich City” ilə də hallanan Osayi-Samuel üçün britaniyalı məşqçidən diqqət çəkən açıqlamalar gəlib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin beynəlxalq fasilədən sonra yeni müqavilə bağlayacağı Bright Osayi-Samuelin adı transfer söz-söhbətlərində hallanmağa davam edir.

Nigeriyalı futbolçunun gündəmində olan klublardan biri də “Norwich City”-dir. İngilis baş məşqçi Carlton Palmer, Osayi-Samuelin “Norwich”-ə mümkün transferi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Palmer, xatırladıb ki, Osayi-Samuel QPR-də cinah yarımmüdafiəçisi olub, lakin “Fenerbahçe”-də müdafiəçiyə çevrilib. Nigeriyalı sağ cinah müdafiəçisinin enerjisini vurğulayan britaniyalı məşqçi: “Osayini transfer edə bilsələr, bu, Norwich üçün əla addım olar” deyib.

Osayi-Samuelin Türkiyəyə transferindən bəri liqanın zirvəsi üçün mübarizə apardığını bildirən Palmer: “Təcrübəlidir, hər iki mövqedə oynaya bilər. Bu, Yohannes Thorup (Norwich məşqçisi) üçün yaxşı olardı”- dedi.

Osayinin Norwich üçün əla transfer olacağını təkrarlayan britaniyalı məşqçi: “Ancaq transfer, oyunçu üçün ödəyəcəkləri puldan asılıdır”-dedi.

Osayinin keyfiyyəti və təcrübəsi olan oyunçuların Norwichə kömək edəcəyini ifadə edən Palmer, Çempionat komandasının kifayət qədər heyət dərinliyinə sahib olmadığını ifadə etdi.

Bu mövsüm bütün yarışlarda 6 matçda forma geyinən və 371 dəqiqə meydanda qalan Osayi-Samuel, 1 məhsuldar ötürmə edib.