Bakı, 6 noyabr, Sporaz.tv
Mövsümün sonunda müqaviləsi bitəcək Osayi-Samuel ilə “Fenerbahçe“(Fənərbaxça), hələ də razılığa gələ bilməyib. Nigeriyalı futbolçunun, sarı-göylülər komandası ilə yeni müqavilə imzalamamasının arxasındakı həqiqətin üzə çıxdığı iddia edilib.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin Bright Osayi-Samuel ilə müqaviləsinin hələ də yenilənməməsi azarkeşləri narahat edir. Jose Mourinhonun da çıxışından razı qaldığı nigeriyalı futbolçunun hansı səbəbdən transfer olunmaması ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.
Bright Osayi-Samuel, daha əvvəl “Fenerbahçe”-yə bağlılığını bəyan etmiş və illik 2,5 milyon avro istədiyi barədə xəbərləri təkzib edib.
Bright Osayi-Samuelin “Fenerbahçe” ilə müqaviləsini hələ də yeniləməməsinin səbəbi sevgilisidir.
Osayi-Samuelin sevgilisinin İngiltərənin paytaxtı Londonda bir bankın yüksək səviyyəli meneceri olduğu bildirilib.
26 yaşlı futbolçunun sevgilisinə daha yaxın olmaq üçün İngiltərədən təklif gözlədiyi iddia edilib.
Osayinin rəhbərliyə: “Yaxşı münasibətim var və onu itirmək istəmirəm. Premyer Liqadan təklif gəlsə, gedəcəm, əks halda oynayacağım yer “Fenerbahçe”-dir. Bu formanı və azarkeşləri çox sevirəm. İstanbul, mən sadəcə zaman və anlayış istəyirəm”.- söylədiyi öyrənilib.
Bu səbəbdən “Fenerbahçe” rəhbərliyi müqavilə danışıqlarını gözləməyə başlayıb.
Osayi-Samuel, “Fenerbahçe” karyerasında cəmi 148 matçda forma geyinib. Nigeriyalı futbolçu bu matçlarda 7 qol vurub, 14 məhsuldar ötürmə edib.