Bakı, 8 sentyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbaxça)-nin futbolçusu Bright Osayi Samuel, “Galatasaray“(Qalatasaray) derbisini buraxacaq.
Sporaz.tv məlumat verir ki, Superliqaya təyinat alan Türkiyə millisinin heyətində yer alan “Fenerbahçe”-nin nigeriyalı ulduzu Osayi-Samuel məşqdə zədələnib. Məşqdə zədələnən 26 yaşlı futbolçunun arxa əzələsində qanaxma aşkarlanıb.
Müalicə prosesi başlayan Osayi Samuel, 3 həftə sonra komandaya qoşulacaq. Nigeriyalı sağ cinah, müdafiəçisi sentyabrın 21-də “Galatasaray”-la derbidə oynaya bilməyəcək.
3 mövsümdür “Fenerbahçe”-də çıxış edən futbolçu, sarı-göylülərin liqada Kasımpaşa, Avropa Liqasında isə “Saint Gilloise” ilə keçirəcəyi matçları da buraxacaq.