Orkun Kökçü qalibiyyəti gətirdi

Bakı, 25 avqust, Sporaz.tv

Portuqaliya Premyer Liqasının 3-cü həftəsində “BenficaOrkun Kökçünün vurduğu qolla “Estrela“nı 1:0 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, Portuqaliya Premyer Liqasının 3-cü həftəsində “Benfica” “Estrela”nı qəbul edib. “Luz” stadionunda keçirilən oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

Türk futbolçu Orkun Kökçü 19-cu dəqiqədə “Benfica”ya qələbə qazandıran qolu vurub. Bu mövsüm ilk dəfə tora imza atan Orkunun 1 məhsuldar ötürməsi də var.

“Qırmızı-ağlılar” xallarını 6-ya yüksəldib və liqada 6-cı pillədə qərarlaşıb. 1 xalı olan “Estrela” isə 14-cü pillədə qərarlaşıb.

“Benfica” gələn həftə “Moreirense”ni qəbul etdiyi halda, “Estrela” doğma meydanda “Casa Pia”nı qəbul edəcək.

Bahar Rüstəm