Oosterwoldedən gözlənilməz tələb

Bakı, 17 oktyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin uğurlu futbolçusu Jayden Oosterwoldenin rəhbərlikdən maaşının artırılmasını tələb etdiyi iddia edilib. Sarı-tünd göy rəngli idarəçilər, Oosterwoldenin istəyinə cavab veriblər.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-dəkı son oyunu ilə diqqət çəkən Jayden Oosterwolde, Mourinho dönəmində komandanın vazkeçilməz adına çevrilib.

Bütün matçlara ilk 11-də başlayan və 90 dəqiqə meydanda qalan Oosterwoldenin “Fenerbahçe” rəhbərliyindən maaşında artım istədiyi iddia edilib. İllik 850 min avro qazanan hollandiyalı futbolçu, maaşının 1,5 milyon avroya qaldırılmasını tələb edib.

Xəbərdə “Fenerbahçe” rəhbərliyinin, futbolçuya Oosterwoldenin istəyini nəzərə alacaqlarını çatdırdığı bildirilib.

23 yaşlı Jayden Oostervolde ilə 2027-ci ilə qədər “Fenerbahçe”-nin müqaviləsi var. Sarı-göylər, hollandiyalı futbolçunu “Parma“-dan 6 milyon avroya transfer edib.