Oosterwolde performansı ilə diqqət çəkir

Bakı ,16 may,Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) uğurlu oyunçusu Jayden Oosterwolde baş məşqçi İsmayıl Kartalın yaratdığı oyun planının ən vacib hissələrindən biridir. Hollandiyalı futbolçu ilk 11-də keçirdiyi 42 matçdan 33-də start götürüb.

Sporaz.tv xəbər verir ki, Jayden Oosterwolde Fenerbahçe (Fənərbaxça)-da göstərdiyi performansa görə qiymətləndirilir.

Ötən mövsümün fasiləsində transfer edilən Oostervolde ilk həftələrdə adaptasiya problemi yaşasa da, bu mövsüm göstərdiyi futbolla adından söz etdirib.

Hollandiyalı futbolçu görkəmli statistikaya da imza atıb.

Oynadığı 42 matçda 2 qol vuran Oostervolde 81 faiz ötürmə dəqiqliyi ilə öz yarısında bu statistikanı 89 faizə yüksəldib.

Oosterwolde hər matçda 1,5 dəfə top oğurlayıb, eyni zamanda topu 4,1 dəfə geri qazanıb. Eyni zamanda 4,5 dəfə qoşa zərbə ilə qalib gəlib.

Bu arada Fenerbahçe (Fənərbaxça) hollandiyalı futbolçunun ilk 11-də başladığı 19 liqa matçının 9-da qapısını təmiz saxlayıb. 23 yaşlı futbolçunun menisk zədəsindən sonra bir ay ərzində meydana qayıtması da sevindiricidi.  

Vüqar ALIŞOV