Onlar indi hardadırlar? Jimmy Floyd Hasselbaink

Bakı, 13 iyun,Sporaz.tv

Bir müddət Chelsea (Çelsi)-də də çıxış edən hollandiyalı hücumçunu unutmadıq, onun izinə düşdük.

Sporaz.tv xəbər verir ki, Chelsea (Çelsi) ilə Premyer Liqanın bombardiri olan və Hollandiya Milli Komandası ilə bir çox matça çıxan, dövrün ulduz hücumçularından Cimmi Floyd Hasselbaink hazırda Avro 2024 həyəcanını yaşayır.

Futboldan ayrıldıqdan sonra ümumiyyətlə aşağı liqalarda məşqçi kimi çalışan hollandiyalı İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin texniki heyətində yer alır.