Bakı, 22 avqust, Sporaz.tv
“Zirə” UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə “Omonoia” ilə qarşılaşıb.
Sporaz.tv xəbər verir ki, GSP stadionunda baş tutan matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:0.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.
22:30
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omonoia” (Kipr) – “Zirə” oyununda altıncı qol vurulub.
Sporaz.tv xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər – 6:0.
70-ci dəqiqədə Vili Semedo dubl müəllifi olub.
22:19
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omonoia” (Kipr) – “Zirə” oyununda beşinci qol vurulub.
Sporaz.tv xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər – 5:0.
60-cı dəqiqədə Evandro fərqlənib.
22:14
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omonoia” (Kipr) – “Zirə” oyununda dördüncü qol vurulub.
Sporaz.tv xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər – 4:0.
54-cü dəqiqədə Mariuş Stepinsk dubl müəllifi olub.
22:04
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omonoia” (Kipr) – “Zirə” oyununda ikinci hissə başlayıb.
Sporaz.tv xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri hesabda öndədirlər – 3:0.
Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.
21:48
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omonoia” (Kipr) – “Zirə” matçında üçüncü qol vurulub və ilk hissə başa çatıb.
Sporaz.tv xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri növbəti qolu vurublar – 3:0.
45+1-ci dəqiqədə Mariuş Stepinski fərqlənib.
21:35
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omonoia” (Kipr) – “Zirə” matçında ikinci qol vurulub.
Sporaz.tv xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri növbəti dəfə fərqlənib – 2:0.
34-cü dəqiqədə Vili Semedo penalti zərbəsini dəqiq yerinə yetirib.
21:15
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omonoia” (Kipr) – “Zirə” matçında hesab açılıb.
Sporaz.tv xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri hesabda önə çıxıb.
14-cü dəqiqədə Amin Xammas fərqlənib.
21:00
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Omonoia” (Kipr) – “Zirə” matçı start götürüb.
Sporaz.tv xəbər verir ki, tərəflər arasında ilk qarşılaşma GSP stadionunda keçirilir.
Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.
Bahar Rüstəm